Şəmkirdə həmkəndlisinə xəsarət yetirən şəxs tutulub

Hadisə Xəbər 11 May 2018 11:22 (UTC +04:00)

Bakı. Trend:

Mayın 9-da Şəmkir rayonunun Dəllər qəsəbəsindən qəsəbə sakini Nizami Məmmədov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Faktla əlaqədar cinayət işi başlanılıb.

DİN-dən Trend-ə verilən məlumata görə, Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən həmyerlisi Tofiq Məmmədov saxlanılıb.

Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti