Bakı. Trend:
Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 15 kv.m olan qarajın dam örtüyünün yanar konstruksiyaları və içərisində olan "Nissan" markalı minik avtomobilinin yanar hissələri yanıb.
FHN-dən Trend-ə verilən məlumata görə, bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Sumqayıt şəhərində isə ikimərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 45 kv.m olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları və əşyaları 6 kv.m sahədə yanıb, yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı 10 kv.m sahədə əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.