Bakı. Trend:
Masallıda 3 evdən 6 manatlıq pul və qızıl oğurlanıb.
DİN-dən Trend-ə verilən məlumata görə, quldurluq etdiyinə görə tutulmuş Samir Həşimovun ətrafında Masallı RPŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki 3 evdən ümumilikdə 6000 manata yaxın pul və qızıl əşyalar oğurlaması da müəyyən edilib.