...

DGK Azərbaycandan Rusiyaya qanunsuz qərənfil daşınmasına münasibət bildirib

Hadisə Materials 19 May 2018 14:22 (UTC +04:00)
Gömrük orqanına bəyan edilməyən 5 min ədəd qərənfilin aşkar edilməsi barədə məlumat yayılıb.
DGK Azərbaycandan Rusiyaya qanunsuz qərənfil daşınmasına münasibət bildirib

Bakı. Trend:

Dövlət Gömrük Komitəsi (DGK) Dağıstan Gömrük İdarəsinin "Məhərrəmkənd" gömrük postunda Azərbaycandan Rusiyaya gedən "Mercedes Benz" markalı avtomobildə qanunsuz şəkildə sərhəddən keçirilərək gömrük orqanına bəyan edilməyən 5 min ədəd qərənfilin aşkar edilməsi barədə yayılan məlumata aydınlıq gətirib.

DGK-dan Trend-ə verilən məlumata görə, 17 may 2018-ci il tarixdə Azərbaycan Respublikasından Rusiyaya 5 min ədəd qərənfil yükü aparan hər hansı avtomobil keçməyib:

"Həmin tarixdə Rusiyaya gedən fiziki şəxslər-Azərbaycan vətəndaşları Sadıx Məmmədov tərəfindən 1 qutu, Məhəmməd Osmanov tərəfindən 2 qutu və Rusiya Federasiyası vətəndaşı Mirsalamət Ələkbərov tərəfindən 1 qutu qərənfil aparılıb. Qeyd edək ki, adları çəkilən yüklər kommersiya məqsədləri üçün nəzərdə tutulmadığına görə sadələşdirilmiş bəyannamə ilə Azərbaycan gömrük orqanlarına bəyan edilib ki, bu zaman da qanunvericiliyə uyğun olaraq hər hansı digər əlavə sənəd tələb olunmur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti