...

Dövlət Sosial Müdafiə Fondunun binasında yanğın olub

Hadisə Materials 1 İyun 2018 14:33 (UTC +04:00)
Dövlət Sosial Müdafiə Fondunun binasında yanğın olub
Dövlət Sosial Müdafiə Fondunun binasında yanğın olub

Bakı. Trend:

Dövlət Sosial Müdafiə Fondunun binasında yanğın olub.

FHN-dən Trend-ə verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsi 80 ünvanında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun binasında yanğın olması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Saat 14:07-də yanğın söndürülüb.

İlkin məlumata görə, binanın 7-ci mərtəbəsindəki iş otağının yanar konstruksiyaları 12 kv.m sahədə yanıb.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti