...

Son 3 günün yol qəzaları: 4 ölü, 18 yaralı

Hadisə Materials 18 İyun 2018 14:43 (UTC +04:00)
Son 3 gündə Azərbaycanda 7 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Son 3 günün yol qəzaları: 4 ölü, 18 yaralı

Bakı. Trend:

Son 3 gündə Azərbaycanda 7 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Trend-in Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, iyunun 15-də respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

İyunun 16-da 3 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 1 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

İyunun 17-də isə ölkənin avtomobil yollarında baş vermiş 2 yol-nəqliyyat hadisəsi zamanı 2 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti