...

Vyetnamda daşqınlar - 20 ölü, 20 milyon dollar ziyan

Hadisə Materials 28 İyun 2018 13:09 (UTC +04:00)
Vyetnamın şimal-qərbində bir həftəyə yaxın davam edən daşqınlar azı 22 nəfərin həyatına son qoyub
Vyetnamda daşqınlar - 20 ölü, 20 milyon dollar ziyan

Bakı. Trend:

Vyetnamın şimal-qərbində bir həftəyə yaxın davam edən daşqınlar azı 22 nəfərin həyatına son qoyub.

Trend-in məlumatına görə, daha 9 nəfər itkin düşmüş hesab edilir.

Daşqınlar bir neçə əyalətdə 1,5 min yaşayış evini dağıdıb, 1,2 min hektardan çox əkin sahəsini məhv edib. 6 mindən çox ev quşu və mal-qara tələf olub.

Qeyd olunur ki, daşqınlar nəticəsində bölgəyə təxminən 20 milyon dollar ziyan dəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti