...

Ağsu sakini Bakıda metroda ürək tutmasından öldü

Hadisə Materials 29 İyun 2018 09:50 (UTC +04:00)
Bakı metrosunda ölüm hadisəsi baş verib.
Ağsu sakini Bakıda metroda ürək tutmasından öldü

Bakı. Samir Əli - Trend:

Bakı metrosunda ölüm hadisəsi baş verib.

“Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov Trend-ə bildirib ki, hadisə bu gün səhər saatlarında metronun "20 Yanvar" stansiyasının II vestibülündə baş verib.

1968-ci il təvəllüdlü, Ağsu rayon sakini Qasımov Nazim Bulud oğlunun halı vestübüldə qəfildən pisləşib.

Metro əməkdaşları xəstəyə ilkin yardım göstərib və hadisə yerinə təcili tibbi yardım çağırılıb. Buna baxmayaraq N.Qasımovun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, Nazim Qasımovun ürək-damar sistemində problemləri olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti