...

Paytaxtda hotellərin birində əcnəbidən soyğunçuluq edilib

Hadisə Materials 29 İyun 2018 10:35 (UTC +04:00)
İyunun 26-da Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən əcnəbi vətəndaş yaşadığı hoteldə otağından mobil telefon və üzüyünün oğurlandığını bildirib.
Paytaxtda hotellərin birində əcnəbidən soyğunçuluq edilib

Bakı. Trend:

İyunun 26-da Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən əcnəbi vətəndaş yaşadığı hoteldə otağından mobil telefon və üzüyünün oğurlandığını bildirib.

DİN-dən Trend-ə verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qadın qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla onun Bakı şəhər sakini S.Kişiyeva olduğu məlum olub. “Huawei” markalı mobil telefon və üzük maddi sübut kimi ondan götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti