...

Xəzərdə batan 31 yaşlı kişinin meyiti tapılıb

Hadisə Materials 14 İyul 2018 15:11 (UTC +04:00)
Xəzərdə batan 31 yaşlı kişinin meyiti tapılıb
Xəzərdə batan 31 yaşlı kişinin meyiti tapılıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Xəzərdə batan 31 yaşlı kişinin meyiti tapılıb.

FHN-dən Trend-ə verilən məlumata görə, iyulun 13-də Bakı şəhərinin Xəzər rayonunda dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 10 km aralıda, nəzarətsiz ərazidə) batdığı ehtimal olunan 1987-ci il təvəllüdlü Məmmədov Ruslan Namiq oğlunun axtarışları başa çatıb.

R.Məmmədovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti