...

Yasamalda ticarət mərkəzindən oğurluq olub

Hadisə Materials 7 Avqust 2018 14:06 (UTC +04:00)
Yasamalda ticarət mərkəzindən oğurluq olub
Yasamalda ticarət mərkəzindən oğurluq olub

Bakı. Trend:

Yasamalda ticarət mərkəzindən oğurluq olub.

DİN-dən Trend-ə verilən məlumata görə, avqustun 5-də Yasamal rayonu ərazisindəki ticarət mərkəzlərindən birinin geyim otağında Bakı şəhər sakini Cavid Mahmudova məxsus 500 manat pul və mobil telefon oğurlanıb.

Əlahiddə Çevik Polis Alayının və Yasamal RPİ 29-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinənlər, əvvəllər məhkum olunmuş Sadiq Yusifov və Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Elman Qurbanzadə saxlanılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti