...

Balakəndə itən şəxsin axtarışları aparılır

Hadisə Materials 13 Avqust 2018 09:16 (UTC +04:00)
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə 1950-ci il təvəllüdlü Ramazanov Süleyman Müslüm oğlunun 10.08.2018-ci il tarixində Balakən rayonunun İtitala kəndi ərazisində naməlum şəraitdə itkin düşməsi barədə məlumat daxil olub.
Balakəndə itən şəxsin axtarışları aparılır

Bakı. Trend:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə 1950-ci il təvəllüdlü Ramazanov Süleyman Müslüm oğlunun 10.08.2018-ci il tarixində Balakən rayonunun İtitala kəndi ərazisində naməlum şəraitdə itkin düşməsi barədə məlumat daxil olub.

FHN-dən Trend-ə verilən məlumata görə, bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin xilasediciləri S.Ramazanovun axtarışlarına cəlb olunub.

Hadisə ilə bağlı aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti