...

Gəncədə piyadanı maşın vurub öldürdü

Hadisə Materials 13 Avqust 2018 15:13 (UTC +04:00)
Gəncə şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib
Gəncədə piyadanı maşın vurub öldürdü

Bakı. Trend:

Gəncə şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, avqustun 11-də saat 21 radələrində Gəncə şəhəri ərazisində şəhər sakini Əfqan Əliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən həmyerlisi Sahilə Baxşıyevanı vurub.

Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Kəpəz RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti