...

Neftçalada evdən 20 min manatlıq qızıl oğurlanıb

Hadisə Materials 13 Avqust 2018 19:14 (UTC +04:00)
Oğurluğu törətməkdə şübhəlilər müəyyən edilib.
Neftçalada evdən 20 min manatlıq qızıl oğurlanıb

Bakı. Trend:

Neftçala rayonunun Xolqaraqaşlı kənd sakini Vidadi Hüseynov avqustun 12-də Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək evindən 20000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan şəhərində regional qrupundan Trend-ə verilən məlumata görə, polis əməkdaşlarının peşəkarlıqla keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəlilər müəyyən edilib, Neftçala rayon sakini Murad Ələkbərov və Salyan rayon sakini Nuruş Əmənov saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.

Dindirilmə zamanı hər iki şəxs törətdikləri cinayəti etiraf ediblər, oğurladıqları qızıl-zinət əşyaları onlardan maddi sübut kimi götürülüb.

Faktla bağlı Neftçala RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti