...

Ağstafada "VAZ" hasara çırpılıb, sürücü ölüb

Hadisə Materials 1 Sentyabr 2018 23:20 (UTC +04:00)
Ağstafa rayonunda yol qəzası baş verib.
Ağstafada "VAZ" hasara çırpılıb, sürücü ölüb

Bakı. Trend:

Ağstafa rayonunda yol qəzası baş verib.

Trend-in FHN-ə istindən verdiyi məlumata əsasən, rayonun Böyük Kəsik kəndində “VAZ” markalı minik avtomobili yol kənarındakı hasara çırpılıb.

Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü, 1960-cı il təvvəllüdlü Eminov Elxan Əsgər oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti