...

Novxanıda avtomobil piyadanı vurub öldürüb

Hadisə Materials 5 Sentyabr 2018 12:16 (UTC +04:00)
Binəqədi rayonunun Novxanı qəsəbəsi ərazisində “Mercedes” markalı avtomobillə Sumqayıt şəhər sakini B.Dadaşov vurulmuşdur
Novxanıda avtomobil piyadanı vurub öldürüb

Bakı. Trend:

Novxanıda avtomobil piyadanı vurub öldürüb.

DİN-dən Trend-ə verilən məlumata görə, sentyabrın 2-də saat 3 radələrində Binəqədi rayonunun Novxanı qəsəbəsi ərazisində Bakı şəhər sakini Sərxan Bayramzadə idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Sumqayıt şəhər sakini Babək Dadaşovu vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada sentyabrın 4-də orada ölüb.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti