...

Gömrükçülər avtomobildə gizlədilən siqaretləri müsadirə edib

Hadisə Materials 15 Sentyabr 2018 16:00 (UTC +04:00)
Gürcüstandan Azərbaycana gələn şəxsin avtomobilində gömrük nəzarətindən gizlədilən siqaretlər aşkarlanıb.
Gömrükçülər avtomobildə gizlədilən siqaretləri müsadirə edib

Bakı. Trend:

Gürcüstandan Azərbaycana gələn şəxsin avtomobilində gömrük nəzarətindən gizlədilən siqaretlər aşkarlanıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan " Vaz 21061" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.

Baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama nəticəsində nəqliyyat vasitəsinin salonundan, hər iki qabaq oturacağın altından və baqaj hissəsindən 4000 ədəd "Sobranie" markalı, aksiz markası olmayan siqaretlər aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti