...

Kanadada yük qatarı relsdən çıxıb, ölən var

Hadisə Materials 17 Sentyabr 2018 03:19 (UTC +04:00)
Kanadanın Manitoba vilayətində yanacaq daşıyan yük qatarı relsdən çıxıb.
Kanadada yük qatarı relsdən çıxıb, ölən var

Bakı. Trend:

Kanadanın Manitoba vilayətində yanacaq daşıyan yük qatarı relsdən çıxıb.

Trend-in CBC telekanalına istinadən verdiyi məlumata əsasən, hadisə nəticəsində bir nəfər ölüb.

Qəzanın səbəbləri məlum deyil. Qeyd olunur ki, üç lokomotiv və bir neçə vaqon relsdən çıxıb. Əsas lokomotivdəki iki maşinist yaralanıb. Onlardan biri aldığı xəsarətlərdən dünyasını dəyişib, digəri isə helikopterlə Tompson şəhərinin xəstəxanasına çatdırılıb. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir.

Üç lokomotiv və 27 vaqondan ibarət qatar "Arctic Gateway Group şirkətinə məxsusdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti