...

Göldə batan şəxsin meyiti tapılıb (YENİLƏNİB)

Hadisə Materials 17 Sentyabr 2018 16:20 (UTC +04:00)
Tovuz rayonunun Əyyublu kəndindəki göldə batdığı ehtimal olunan 49 yaşlı Hamlet Orucovun axtarışları başa çatıb.
Göldə batan şəxsin meyiti tapılıb (YENİLƏNİB)

Bakı. Trend:

Tovuz rayonunun Əyyublu kəndindəki göldə batdığı ehtimal olunan 49 yaşlı Hamlet Orucovun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, H.Orucovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilib.

X X X

13:40

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə 1969-cu il təvəllüdlü Orucov Hamlet Paşa oğlunun Tovuz rayonunun Əyyublu kəndindəki göldə batması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb olunub.

Axtarış tədbirləri barədə əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti