...

Qadın alverində təqsirləndirilən müğənninin məhkəməsi başladı

Hadisə Materials 19 Sentyabr 2018 17:54 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qadın alverində təqsirləndirilən müğənni Təranə Muradovanın məhkəməsi başlayıb.
Qadın alverində təqsirləndirilən müğənninin məhkəməsi başladı

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qadın alverində təqsirləndirilən müğənni Təranə Muradovanın məhkəməsi başlayıb.

Trend-in məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmənin hazırlıq iclası olub.

Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Hakim bildirib ki, təqsirləndirilən şəxs istintaq zamanı həbs edilməyib, polisin nəzarətinə verilib. Lakin o, istintaqdan yayındığı üçün axtarışa verilərək həbs edilib.

Təqsirləndirilən şəxs bildirib ki, Yaqut adlı tanışı onu istintaqdan yayındırıb.

Proses sentyabrın 26-da davam etdiriləcək.

Müğənniliklə məşğul olan Təranə Muradova Cinayət Məcəlləsinin 144-1.2.1 və 144-2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən iki və ya daha çox şəxs barəsində insan alveri) maddəsi ilə təqsirləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti