Bakı. Trend:
Bakıda evdən 30 min manatlıq qızıl əşyalar oğurlanıb.
DİN-dən Trend-ə verilən məlumata görə, Nərimanov RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ötən il fevralın 4-də rayon ərazisindəki evlərin birindən 2600 manat və 1200 ABŞ dolları, habelə 30.000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Şirvan şəhər sakini Kamran Dadaşzadə saxlanılıb.