...

Goranboyda baş verən yol qəzası ilə bağlı RƏSMİ

Hadisə Materials 12 Oktyabr 2018 13:29 (UTC +04:00)
Goranboy rayonunun Aşağı Ağcakənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib
Goranboyda baş verən yol qəzası ilə bağlı RƏSMİ

Bakı. Trend:

Goranboy rayonunun Aşağı Ağcakənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, oktyabrın 11-də saat 8 radələrində Goranboy rayonunun Aşağı Ağcakənd kəndi ərazisində Zeyvə kənd sakini Kamran Quliyevin idarə etdiyi “Niva” və Börü kənd sakini Şaiq Sadıqzadənin idarə etdiyi “VAZ-21015” markalı avtomobillər toqquşub, K.Quliyev idarəetməni itirdiyindən avtomobili yolun kənarındakı boruya vurub. Nəticədə K.Quliyevin sərnişinlərindən Zakir Səmədov hadisə yerində ölüb, özü və digər 4 sərnişini xəstəxanaya yerləşdirilib.

Xocalı RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti