...

İstanbulda yaşayış binası yanır

Hadisə Materials 12 Oktyabr 2018 13:22 (UTC +04:00)

Bakı. Rufiz Hafizoğlu – Trend:

Türkiyənin İstanbul şəhərində beşmərtəbəli yaşayış binası yanır.

Trend-in məlumatına görə, Halqalı rayonunda baş verən yanğının qarşısının alınması üçün çoxlu sayda yanğınsöndürən cəlb edilib.

Binadan sakinlərin təxliyəsi aparılır. Xəsarət alanların olmadığı deyilir.

Yanğının səbəbləri barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti