...

Texasda ATIŞMADA ikisi azyaşlı olmaqla 4 nəfər yaralanıb

Hadisə Materials 15 Oktyabr 2018 09:51 (UTC +04:00)
ABŞ-ın Texas ştatında atışma baş verib.
Texasda ATIŞMADA ikisi azyaşlı olmaqla 4 nəfər yaralanıb

Bakı. Trend:

ABŞ-ın Texas ştatında atışma baş verib. Trend-in məlumatına görə, Fort-Uert şəhərində baş vermiş atışmada 4 nəfər yaralanıb.

Bildirilir ki, atışma mağazalardan birinin qarşısında baş verib, atəş avtomobildən açılıb. Hadisə axsam saatlarında baş verib.

Xəsarət alanların mağazanın qarşısından keçənlər olduğu bildirilir. Yaralılardan ikisi 3 yaşlı uşaq, digər iki nəfər isə 19 və 20 yaşlı gənclərdir.

Yaralılar dərhal xəstəxanaya yerləşdirilib, birinin vəziyyətinin ağır olduğu deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti