...

Bakıda avtomobildən düşən qadını digər avtomobil vurub öldürdü

Hadisə Materials 2 Noyabr 2018 13:33 (UTC +04:00)
Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib
Bakıda avtomobildən düşən qadını digər avtomobil vurub öldürdü

Bakı. Samir Əli - Trend:

Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, noyabrın 1-də saat 19 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində Bakı şəhər sakini Bəxtiyar Ağayev idarə etdiyi “AzSamand” markalı avtomobillə yolun kənarında dayanmış həmyerlisi Coşqun Zeynallının idarə etdiyi “Mercedes” markalı avtomobili və həmin vaxt avtomobildən düşən sərnişin - paytaxt sakini Elmira Haşımovanı vurub. Nəticədə qadın hadisə yerində ölüb.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti