...

Bakıda biznes mərkəzdə yanğın baş verib

Hadisə Materials 4 Noyabr 2018 15:19 (UTC +04:00)
Bakı şəhərinin Nərimanov rayonunda biznes mərkəzdə yanğın qeydə alınıb
Bakıda biznes mərkəzdə yanğın baş verib

Bakı. Tural Turan - Trend:

Bakı şəhərinin Nərimanov rayonunda biznes mərkəzdə yanğın qeydə alınıb. Trend-ə FHN-dən verilən məlumata əsasən, altımərtəbəli binanın divar üzlüyü 36 m2sahədə və yaxınlıqda quraşdırılmış reklam lövhəsi 2 m2 sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti