...

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb (FOTO)

Hadisə Materials 8 Noyabr 2018 14:22 (UTC +04:00)
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin ölkə əra­zisinə qanunsuz gəti­ril­məsinin qar­şı­sı­nın alınması istiqamətində tədbirlər davam etdirlir.
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb (FOTO)

Bakı. Trend:

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin ölkə əra­zisinə qanunsuz gəti­ril­məsinin qar­şı­sı­nın alınması istiqamətində tədbirlər davam etdirlir.

DSX-dən Trend-ə verilən məlumata görə, 2018-ci ilin 6 noyabr tarixində saat 18:00 radələrində Dövlət Sərhəd Xidməti tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində “Biləsu­var” dövlət sərhədindən buraxılış məntəqəsində İran İslam Respublika­sından Azərbaycan Respublikasına gələn İran İslam Respublikası vətəndaşı 1987-ci il təvəllüdlü Jafari Abouzar Yousefin üzərinə sərhəd və gömrük baxışı keçirilib, ayaqqabısının içərisindən və daxili orqanlarından ümumi çəkisi 440 qram olan narkotik vasitə aşkar­la­na­raq götürülüb.

Saxlanılan şəxs narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olmasını etiraf edib.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti