...

Yağış elə yağdı, bərəkət yox, ziyan gətirdi - 7,5 milyon dollar

Hadisə Materials 22 Noyabr 2018 09:15 (UTC +04:00)

Bakı. Elnur Bağışov - Trend:

Son bir neçə gün ərzində yağan güclü yağışlar və sel İranın Kohgiluyə və Boyer-Əhməd vilayətinin kənd təsərrüfatına 314 milyard rial (təxminən 7,47 milyon dollar) ziyan vurub.

Trend-in məlumatına görə, vilayətin kənd təsərrüfatı idarəsinin direktoru İlyas Tacəddini deyib ki, 830 hektar əkin sahəsinə, su quyularına, kanallara, suvarma sistemlərinə, yollara ciddi ziyan dəyib.

Qeyd edək ki, İranın Kohgiluyə və Boyer-Əhməd vilayətində ildə 850 min ton kənd təsərrüfatı məhsulları istehsal olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti