Bərdədə qadın piyadanı vuraraq qaçan sürücü saxlanılıb

Hadisə Xəbər 26 Noyabr 2018 19:04 (UTC +04:00)
Bərdə rayonunda piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb.
Bərdədə qadın piyadanı vuraraq qaçan sürücü saxlanılıb

Bakı. Trend:

Bərdə rayonunda piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb.

DİN-dən Trend-ə verilən məlumata görə, Bərdə rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 24-də Nərgiz Həsənovanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “OKA” markalı avtomobilin sürücüsü, Ağdam rayon sakini Yusif Şükürov saxlanılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti