...

Masallıda "Mercedes" dirəyə çırpılıb, yanğın baş verib

Hadisə Materials 5 Dekabr 2018 08:58 (UTC +04:00)

Bakı. Trend:

Masallı rayonunun Öncəqala kəndində "Mercedes" markalı minik avtomobili yol kənarındakı işıq dirəyinə çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Trend FHN-ə istinadən xəbər verir ki, yanğın nəticəsində avtomobilin mühərrikinin yanar hissələri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti