...

Novxanıda iki avtomobil toqquşdu, ölən və xəsarət alanlar var

Hadisə Materials 10 Dekabr 2018 20:48 (UTC +04:00)
Abşeron rayonunun Novxanı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib
Novxanıda iki avtomobil toqquşdu, ölən və xəsarət alanlar var

Bakı. Trend:

Abşeron rayonunun Novxanı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, dekabrın 8-də saat 15 radələrində Abşeron rayonunun Novxanı kəndi ərazisində Bakı şəhər sakinləri Ramin Şirəliyevin idarə etdiyi “Azsamand” və Arif Nəbiyevin idarə etdiyi “Toyota” markalı avtomobillər toqquşub. Nəticədə R.Şirəliyevin sərnişini, Göyçay rayon sakini Saab Məmmədov hadisə yerində ölüb, özü və digər sərnişini xəstəxanaya yerləşdiriliblər.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti