...

Paytaxtda tikiş sexində partlayış olub, 2 nəfər xəsarət alıb

Hadisə Materials 12 Dekabr 2018 16:45 (UTC +04:00)
3 otaqlı tikilidə yanğınla nəticələnən partlayış baş verib.
Paytaxtda tikiş sexində partlayış olub, 2 nəfər xəsarət alıb

Bakı. Trend:

Bakının Qaradağ rayonunda ümumi sahəsi 67 kv.m olan, tikiş sexi kimi fəaliyyət göstərən birmərtəbəli 3 otaqlı tikilidə yanğınla nəticələnən partlayış baş verib.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, nəticədə 2 otağın yanar konstruksiyaları 37 kv.m sahədə yanıb.

Hadisə zamanı 2 nəfər xəsarət alıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti