...

6 hakimin səlahiyyətlərinə xitam verilib

Hadisə Materials 21 Dekabr 2018 19:22 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Vətəndaşların haqlı narazılığını doğuran pozuntulara yol verməsi nəzərə alınaraq 6 hakimin səlahiyyətlərinə xitam verilməsi barədə qərar qəbul olunub.

Ədliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, bu barədə Məhkəmə-Hüquq Şurasının iclasında qeyd edilib.

Eyni zamanda iclasda səlahiyyət müddəti bitmiş 56 hakimin və 7 məhkəmə sədrinin fəaliyyətinin qiymətləndirilməsi nəticələri prinsipial müzakirə edilib, 4 məhkəmə sədrinin işində nöqsan və çatışmazlıqlara görə aşağı işə keçirilməsi barədə qərar qəbul olunub.

57 nəfərin peşəkarlıq səviyyəsinə uyğun müxtəlif hakim vəzifələrinə təyinatı məqsədəuyğun bilinib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti