...

"Qırmızı Körpü"də siqaretləri avtomobildə gizlədərək keçirmək istəyən şəxs saxlanılıb (FOTO)

Hadisə Materials 17 Yanvar 2019 13:31 (UTC +04:00)
Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə daxil olmuş məlumat əsasında, Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda idarə etdiyi "Fiat Doblo" markalı avtomobili ilə Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və onunla şifahi sorğu-sual aparılıb.
"Qırmızı Körpü"də siqaretləri avtomobildə gizlədərək keçirmək istəyən şəxs saxlanılıb (FOTO)

Bakı. Trend:

Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə daxil olmuş məlumat əsasında, Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda idarə etdiyi "Fiat Doblo" markalı avtomobili ilə Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və onunla şifahi sorğu-sual aparılıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilmiş və gömrük nəzarətinə mütləq bəyan olunmalı hər hansı predmetin olmadığını bildirsə də, yoxlama zamanı avtomobilin salonunda ön sağ və sol oturacaqların içində, ön sağ və sol qanadların altında aksiz markası olmayan, üzərində "Marlboro" yazılan 4 000 ədəd siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti