...

Balakəndə 4 otaqlı evin 3 otağı kül oldu

Hadisə Materials 19 Yanvar 2019 09:21 (UTC +04:00)

Bakı. Trend:

Balakəndə yanğın faktı qeydə alınıb.

Trend-ə FHN-dən verilən məlumata görə, rayonun İtitala kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli taxta konstruksiyalardan ibarət 4 otaqlı evin 3 otağının yanar konstruksiyaları və ev əşyaları 110 m² sahədə yanıb.

Məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​

Məqalədə:
Xəbər lenti

Xəbər lenti