...

Bakı sakini heroinlə tutuldu

Hadisə Materials 5 Fevral 2019 16:05 (UTC +04:00)

Bakı. Trend:

Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində üzərində qanunsuz olaraq narkotik daşımaqda şübhəli bilinən Bakı şəhər sakini M.Babazadə saxlanılıb.

DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, şəxsi axtarış zamanı ondan çəkisi 518 qramdan artıq narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb. İstintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti