...

Bakıda dəhşətli QƏZA - ər öldü, arvadı sağ qaldı (VİDEO)

Hadisə Materials 15 Fevral 2019 10:54 (UTC +04:00)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Ötən gün Müşfiqabad-Qaradağ yolunda dəhşətli qəza baş verib.

Trend-in məlumatına görə, fevralın 14-də saat 12 radələrində Qaradağ rayonunun Qızıldaş qəsəbəsi ərazisində qəsəbə sakini T.Kərimlinin idarə etdiyi “Toyota Fortuner” və Quba rayon sakini Ə.Nəsrullayevin idarə etdiyi “VAZ-21213” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib, "Niva"nın sürücü hadisə yerində dünyasını dəyişib, onun həyat yoldaşı 1975-ci il təvəllüdlü Rəsmiyyə Əşrəf qızı Nəsrüllayeva isə təcili tibbi yardımla xəstəxanaya çatdırılıb.

1 Saylı Şəhər Klinik Xəstəxanasından Trend-ə verilən məlumata görə, R.Nəsrullayeva başından zədə alıb. Hazırda vəziyyəti normaldır.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti