...

Qaradağda piyadanı vurub öldürən avtomobilin sürücüsü axtarılır

Hadisə Materials 18 Fevral 2019 14:27 (UTC +04:00)
Qaradağ rayonunun Qızıldaş qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Qaradağda piyadanı vurub öldürən avtomobilin sürücüsü axtarılır

Bakı. Trend:

Qaradağ rayonunun Qızıldaş qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, fevralın 17-də saat 23 radələrində Qaradağ rayonunun Qızıldaş qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini N.Şahverdiyeva vurulub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qaradağ RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti