...

Sumqayıtda on otaqlı ev yanıb

Hadisə Materials 3 Mart 2019 13:23 (UTC +04:00)
Sumqayıtda on otaqlı ev yanıb
Sumqayıtda on otaqlı ev yanıb

Bakı. Tural Turan - Trend:

Sumqayıt şəhərində on otaqlı ev yanıb. Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Sumqayıt şəhərində ümumi sahəsi 240 m² olan ikimərtəbəli 10 otaqlı evin birinci mərtəbəsində 3 otağın yanar konstruksiyaları 80 m² sahədə və ikinci mərtəbəsində 2 otağın döşəməsi 50 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti