...

Xəzər dənizində zəlzələ olub

Hadisə Materials 3 Mart 2019 14:17 (UTC +04:00)

Bakı. Trend:

Xəzər dənizinin Azərbaycan sektorunda zəlzələ baş verib.

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, yerli vaxtla saat 13:11-də Lənkaran stansiyasından 22 km cənub-şərqdə Xəzər dənizində zəlzələ qeydə alınıb.

Zəlzələnin dərinliyi 25 km, maqnitudası 3,0 bal olub.

Zəlzələ hiss olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti