...

Qaradağda ikimərtəbəli binada yanğın qeydə alınıb

Hadisə Materials 3 Mart 2019 14:58 (UTC +04:00)
Qaradağda ikimərtəbəli binada yanğın qeydə alınıb
Qaradağda ikimərtəbəli binada yanğın qeydə alınıb

Bakı. Tural Turan - Trend:

Qaradağda ikimərtəbəli binada yanğın qeydə alınıb. Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Bakı şəhərinin Qaradağ rayonunda ikimərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 53 m² olan 3 otaqlı mənzilin hamam otağı və mətbəxi arasındakı taxta konstruksiyalardan ibarət arakəsmə 12 m² sahədə yanıb. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti