...

Bakı sakinindən tapança və 6 ədəd patron götürülüb

Hadisə Materials 20 Mart 2019 18:28 (UTC +04:00)
Bakı sakinindən tapança və 6 ədəd patron götürülüb.
Bakı sakinindən tapança və 6 ədəd patron götürülüb

Bakı. Trend:

Paytaxtın Nəsimi rayonunda əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı şəhər sakini Z.Məmmədov Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb.

Qeyd olunur ki, şəxsi axtarış zamanı ondan “Revolver” tipli tapança və 6 ədəd patron aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti