Bakı. Trend:
Zaqatalada yanğın hadisəsi qeydə alınıb.
Trend-in məlumatına görə, ümumi sahəsi 75 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağının tavanı 5 m² sahədə, qapısı və içərisində 1 ədəd televizor yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.