...

İranda daha 14 nəfər daşqınların qurbanı oldu

Hadisə Materials 3 Aprel 2019 14:00 (UTC +04:00)
İranın qərbində yerləşən Lorestan vilayətində sel və daşqınlar nəticəsində həlak olan 14 nəfərin meyiti tibbi ekspertizaya təhvil verilib.
İranda daha 14 nəfər daşqınların qurbanı oldu

Bakı. Elnur Bağışov - Trend:

İranın qərbində yerləşən Lorestan vilayətində sel və daşqınlar nəticəsində həlak olan 14 nəfərin meyiti tibbi ekspertizaya təhvil verilib.

Trend-in məlumatına görə, bunu İranın Lorestan vilayəti Tibbi Ekspertiza İdarəsinin baş direktoru Həmidrza Nəzifi açıqlamasında deyib.

H.Nəzifinin sözlərinə görə, 3 nəfər Əliqudərz, 1 nəfər Durud, 3 nəfər Xürrəmabad, 2 nəfər Kuhdəşt, 2 nəfər Məmulan, 2 nəfər Çegəni və 1 nəfər Nurabad rayonunda həlak olub.

İranın Qırmızı Aypara Cəmiyyəti Yardım və Xilasetmə Təşkilatının sədr müavini Şahin Fəthi isə bildirib ki, Lorestan vilayətində seldən zərərçəkənlərin bölgədən çıxarılması ilə bağlı əməliyyat davam edir.

Ş.Fəthinin sözlərinə görə, xilasetmə işləri qurudan və hava vasitəsi ilə həyata keçirilir.

Təşkilat rəsmisi ötən gündən əhalinin çıxarılması üçün 70-dək uçuşun keçirildiyini və hər uçuşda 20-30 nəfərin daşındığını bildirib.

İranın Xuzistan vilayəti valiliyinin fövqəladə hallar üzrə idarəsinin baş direktoru Kiyamərs Hacızadə vilayətdə ümumilikdə 96 kəndin tam və yarımçıq şəkildə boşaldıldığını bildirib.

K.Hacızadənin sözlərinə görə, bu kəndlərin 30 min əhalisi 35 sığınacaqda yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti