...

Bakıda özünü məktəbin pəncərəsindən atan yeniyetmə xəstəxanaya yerləşdirilib

Hadisə Materials 4 Aprel 2019 13:25 (UTC +04:00)
Bakıda özünü məktəbin pəncərəsindən atan yeniyetmə xəstəxanaya yerləşdirilib
Bakıda özünü məktəbin pəncərəsindən atan yeniyetmə xəstəxanaya yerləşdirilib

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakıda özünü məktəbin pəncərəsindən atan yeniyetmə xəstəxanaya yerləşdirilib.

Trend-in məlumatına görə, 2004-cü il təvəllüdlü Y.Hacıyeva reanimasiya şöbəsinə yerləşdirilib.

Onun xəsarətləri qabırğaların və çanaq sümüyünün sınıqlarıdır. Hazırda xəstə nəzarət altındadır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov Trend-ə deyib ki, məsələ ilə hüquq-mühafizə orqanları məşğuldur.

Qeyd edək ki ki, bu gün Səbail rayonunda yerləşən 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi özünü məktəbin 3-cü mərtəbəsindən atıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti