...

Göyçayda qəfil halı pisləşən 58 yaşlı kişi xəstəxanada öldü

Hadisə Materials 5 Aprel 2019 09:42 (UTC +04:00)
Göyçayda ölüm hadisəsi baş verib.
Göyçayda qəfil halı pisləşən 58 yaşlı kişi xəstəxanada öldü

Bakı. Samir Əli - Trend:

Göyçayda ölüm hadisəsi baş verib.

Trend-in məlumatına görə, rayonun Qarabaqqal kənd sakini, 1961-ci il təvəllüdlü aprelin 4-də səhər saatlarında halı qəfil pisləşib.

O, Təcili Tibbi Yardım briqadası tərəfindən Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Həkimlərin səyinə baxmayaraq xəstə dünyasını dəyişib.

Faktla bağlı Göyçay rayon Prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti