...

Ağdaşda avtomobili elektrik dirəyinə vuran sürücü öldü

Hadisə Materials 9 Aprel 2019 18:52 (UTC +04:00)
Ağdaş şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib
Ağdaşda avtomobili elektrik dirəyinə vuran sürücü öldü

Bakı. Trend:

Ağdaş şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 9-da saat 2 radələrində Ağdaş şəhəri ərazisində Gəncə şəhər sakini Kəyan Abdullayev idarə etdiyi “TOFAŞ” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub və nəticədə hadisə yerində ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti