...

Hacıqabulda yolu keçən piyadanı maşın vurub öldürdü

Hadisə Materials 13 Aprel 2019 16:50 (UTC +04:00)
Hacıqabul rayonunun Padar kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Hacıqabulda yolu keçən piyadanı maşın vurub öldürdü

Bakı. Trend:

Hacıqabul rayonunun Padar kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 12-də saat 19 radələrində Hacıqabul rayonunun Padar kəndi ərazisində Bakı şəhər sakini B.Əlizadə idarə etdiyi “Range Rover” markalı avtomobillə yolu keçən Ağdaş rayon sakini Xəyal Həmidovu vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti