...

Qobuda iki maşın toqquşdu - Ölən və xəsarət alan var

Hadisə Materials 15 Aprel 2019 15:08 (UTC +04:00)
Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Qobuda iki maşın toqquşdu - Ölən və xəsarət alan var

Bakı. Trend:

Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, aprelin 14-də saat 15 radələrində Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Nazim Fərəcovun idarə etdiyi “VAZ-2107” və Mövləddin Qurbanməhəmmədovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə N.Fərəcov hadisə yerində ölüb, digər sürücü xəstəxanaya yerləşdirilib.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti