...

Bakıda minik avtomobili yanıb

Hadisə Materials 24 Aprel 2019 22:15 (UTC +04:00)
Bakıda yanğın qeydə alınıb
Bakıda minik avtomobili yanıb

Bakı. Trend:

Bakıda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, şəhərin Xəzər rayonunda ümumi sahəsi 100 m² olan ikimərtəbəli evin 1-ci mərtəbəsində yerləşən qarajın içərisində "Mercedes" markalı minik avtomobilinin salon hissəsi və arxa təkəri yanıb. Yüksək temperaturdan qarajın lambirindən ibarət tavanı 5 m² sahədə əriyib.

Avtomobilin, qarajın qalan hissəsi və ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti